Samuel Eto bombası: 27,5 milyon dollar

Samuel Eto bombası:   27,5 milyon dollar
10:27 11 Yanvar 2016
72 İdman
Ölkə mətbuatı
A- A+

Mövsümün əvvəlində "Antalyaspor"a gələn və 13 qolla Super Liqanın bombardirlər yarışına başçılıq edən Samuel Eto Türkiyəni tərk edir. Fanat.az xəbər verir ki, kamerunlu futbolçuya Çindən cazibədar təklif var.

Belə ki, rumın mütəxəssis Dan Petreskunun çalışdırdığı "Jiangsu Suning" onu heyətində görmək istəyir. İddiaya görə, futbolçu artıq təklifi qəbul edib. "Jiangsu Suning" ona 2,5 illik müqavilə və ümumilikdə 27,5 milyon dollar pul təklif edib.

Hazırda klublar arasında danışıqlar gedir. Məlumata görə, "Antalyaspor" Çin klubundan 10 milyon dollar transfer haqqı tələb edir. Qarşı tərəf isə bu məbləği bir az aşağı salmağa çalışır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR