İspaniya çempionatında daha bir baş məşqçi istefaya göndərilib

İspaniya çempionatında daha bir baş məşqçi istefaya göndərilib
09:22 11 Yanvar 2016
19 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ İspaniyanın "Betis" futbol klubunun rəhbərliyi Pep Meli baş məşqçi postundan istefaya göndərib. "Report"un klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, buna komandanın uğursuz çıxışları səbəb olub. 
52 yaşlı mütəxəssis 2014-cü ilin dekabrından rəhbərlik etdiyi komandanı Primeraya çıxarıb. Amma hazırda "Betis" 19 oyundan 20 xalla 14-cü pillədə qərarlaşıb. Meli kimin əvəzləyəcəyi hələ bilinmir. 
Qeyd edək ki, "Betis" növbəti matçını yanvarın 13-də İspaniya Kubokunun 1/8 finalında "Sevilya"ya qarşı keçirəcək. Daha öncə "Real Madrid" Rafael Benitesi istefaya göndərərək, onu Zinəddin Zidanla əvəzləyib. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/i-spaniya-cempionatinda-daha-bir-bas-mesqci-istefa

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR