Bir gündə 3 qadın zəhərləndi - FOTO

Bir gündə 3 qadın zəhərləndi - FOTO
09:32 11 Yanvar 2016
29 Ölkə
Ölkə mətbuatı
A- A+

İstirahət günü qərb bölgəsində 3 qadın dəm qazından zəhərlənib.

Hadisələr Tovuz və Qazaxda baş verib.

Milli.Az-ın Kəpəz TV-yə (Region TV) istinadən məlumatına görə, Tovuz rayon Abulbəyli kənd sakini, 27 yaşlı Günel Kərimova yaşadığı evin vanna otağında huşunu itirib. Dərhal təcili yardım avtomobili ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırlan zərərçəkənə yardım göstərilib. Həyati təhlükəsinin olmadığı bildirilir.

Qazaxda isə bir gündə 2 nəfər - 23 yaşlı Telli Qurbanova və 38 yaşlı Kəmalə Poladova dəm qazından zəhərlənib. Hər iki şəxs Qazax Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Xəstəxanadan verilən  məlumata görə, hazırda vəziyyətləri orta-ağır qiymətləndirilir. 

Milli.Az






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR