Ulduz futbolçunu öz komandası belə istəmir

Ulduz futbolçunu öz komandası belə istəmir
09:32 11 Yanvar 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko"dan sonra getdiyi klublarda özünü göstərə bilməyən Radamel Falkao ortada qalıb. Fanat.az xəbər verir ki, kolumbiyalı ulduzu müqavilə ilə məxsus olduğu "Monako" da istəmədiyini açıqlayıb.

İcarə əsasında "Çelsi"də çıxış edən Falkao Fransaya dönmək istədiyini açıqlamışdı. Lakin "Monako"nun vitse-prezidenti Vladimir Vasilyev "Daily Motion"a açıqlamasında ondan imtina etdiklərini bildirib: "Falkao hazırda zədəlidi. 8 həftəyə sağalacağı ehtimal olunur. Bu şərtlər altında onu yenidən heyətimizə daxil etməyi düşünmürük".

Qeyd edək ki, "Çelsi"nin heyətində 14 rəsmi matça çıxan Falkao cəmi 1 qol vurub. 

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR