Bakının əsas prospektlərində hərəkət çətinləşib

Bakının əsas prospektlərində hərəkət çətinləşib
09:37 11 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarından Bakı şəhərinin əsas prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.

Milli.Az bildirir ki, bu barədə report-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Məlumata görə, hazırda Moskva prospekti (mərkəzə tərəf), Tbilisi prospekti (mərkəzə doğru), Ziya Bünyadov prospekti (20 Yanvar dairəsi istiqamətdə) və Nobel prospektində ("Nargilə" kafesinin qarşısından mərkəzə doğru) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilib.

Bundan başqa, paytaxtın Yusif Səfərov küçəsində (Neftçilər Xəstəxanasının qarşısı), Zərifə Əliyeva küçəsi, habelə Neftçilər prospektində (Kukla Teatrına doğru) nəqliyyat vasitələrinin hərəkətində intensivlik müşahidə edilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396791.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR