"Dilmanc" xidmətləri ödənişli olacaq

"Dilmanc" xidmətləri ödənişli olacaq
09:46 11 Yanvar 2016
19 Şou
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Dilmanc" layihəsi kommersiya əsasına keçə bilər.
 
Axşam.az-ın məlumatına görə, bunu Trend-ə layihəyə yaxın mənbə deyib. Onun sözlərinə görə, bu məsələ layihənin gələcək maliyyələşdirilməsinin qeyri-müəyyənliyi fonunda aktuallaşıb:
 
"Əgər layihə nazirlik tərəfindən dəstək almasa, onun gələcək inkişafı üçün digər malyyə mənbələri nəzərdən keçiriləcək. Variantlardan biri daha əvvəl pulsuz olan bəzi məhsulların kommersiyalaşdırılmasıdır".

Mənbə qeyd edib ki, kommersiya əsasına keçirilə biləcək məhsullardan biri nitqin tanınması sistemidir. Həmçinin, mətnlərin ödənişli əsasda tərcümə edilməsi xidmətinin göstərilməsi imkanı nəzərdən keçirilir. O əlavə edib ki, göstərilən xidmətləri dəyəri analoji xidmətlərdən və hətta tərcümə mərkəzlərinin təklif etdiyi xidmətlərdən dəfələrlə ucuz olacaq.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43972

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR