"Artıq dözməyəcəm!"

"Artıq dözməyəcəm!"
09:53 11 Yanvar 2016
77 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Pərvin Abıyeva yeni fotolarını paylaşıb.

Milli.az xəbər verir ki, aktrisa cazibədar fotoları ilə diqqət mərkəzindədir. Onun şəkilləri izləyicilər tərəfindən müsbət qarşılansa da, bəzən qeyri-etik şərhlər də yazılır. Bu kimi hallardan əsəbləşən aktrisa şəkilə: "Hər kəs, məni izləyən və izləməyənlər bu statusumu diqqətlə oxuyun. Bundan sonra hər hansı bir şəklimin altında artıq-əskik rəy görsəm, həmin dəqiqə şərh silinəcək və şəxs blok olunacaq. Bəsdir daha əlinizdən şəkil paylaşa bilmirəm, ac köpək sürüsü kimi başlayırsız ağzınıza gələni yazmağa. Mən belə insanları 40 gün qapalı saxlanan öküzlərə bənzədirəm. Məni heç kim məcbur etməsin ki, təhqir edən şəxsi tapıb qanuni yollarla cəzalandırım. Hər kəsin öz həyatı var, istədiyi kimi yaşayar, istədiyi kimi geyinər. Necə ki mən heç kimin həyatına qarışmıram və artıq-əskik danışmıram, heç kim də mənim səhifəmdə artıq-əskik danışmasın. 2 ildir dözürəm, amma artıq dözməyəcəm. Mən hər şəkil paylaşandan sonra ən azı 7 insan blok edirəm, özünüzə hörmət edin. Deyirsiz tanınmış adamsız, ulduzsuz, heç bir dünya ulduzu rəyləri silmir, amma mən nə dünya, nə də Hollivud ulduzuyam, mən başqaları kimi də deyiləm, nə də onlardan əskik deyiləm. Mənim xarakterim budur. Məni narahat edən,mənfi enerji verən, kefimi pozan hər şeyi özümdən uzaqlaşdırıram, neqativ yazıları saxlamaq məcburiyyətində deyiləm. Hər kəs öz yerini bilsin. Təbii ki, bu yazdıqlarım məni sevən, hörmət edən, hər zaman yanımda olan, dəstəkləyən fanatlarıma və ya yaxınlarıma aid deyil. Bu paxıllığından təhqir edən şəxsiyyətsizlərə aiddir" kimi şərh verib.

Qeyd edək ki, aktrisa Pərvin Abıyevanın 100 mindən çox İnstaqram izləyicisi var.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/396794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR