​"Qəbələ" "İnter"in qapıçısın aldı

​"Qəbələ" "İnter"in qapıçısın aldı
10:13 11 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

Bir müddət əvvəl Bakının "İnter" futbol komandası ilə yollarını ayıran qapıçı Səlahət Ağayevin yeni klubu müəyyənləşib.

Milli.Az report-a istinadən bildirir ki, 25 yaşlı əlcək sahibi bundan sonra "Qəbələ"nin uğurları üçün çalışacaq.

Azərbaycan milli komandasının üzvü ilə 1,5 illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, Ağayev "qırmızı-qaralar"ın heyətində ilinə 80 min dollar qazanacaq. Artıq o, Türkiyənin Antalya bölgəsində keçirilən təlim-məşq toplanışına qatılıb. Bunu "Qəbələ"nin rəsmi saytının təqdim etdiyi görüntülər də sübuta yetirir.

Qeyd edək ki, Səlahət Ağayev karyerası ərzində MOİK və "Sumqayıt"ın da formasını geyinib. O, maddi məsələlərdə anlaşa bilmədiyi üçün "İnter"lə müqaviləsini uzatmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/396800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR