Bakıda körpə doğulan kimi bıçaq altına saldılar - FOTO

Bakıda körpə doğulan kimi bıçaq altına saldılar - FOTO
10:17 11 Yanvar 2016
39 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında hələ ana bətnində qastroşizis patologiyası aşkar edilən körpə doğulan kimi əməliyyat olunub.

Milli.Az xəbər verir ki, ATU-nnun Tədris Cərrahiyyə Klinikasında hələ ana bətnində qastroşizis patologiyası aşkar edilən körpə qeysəriyyə üsulu ilə doğulub. Dünyaya gələn kimi körpənin bağırsağında əməliyyat aparılıb.

ATU-nun Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib ki, xəstə hamiləliyin ilk günündən sözügedən klinikada müayinə olunub. Hamiləliyin 8-ci həftəliyində ultrasəs müayinəsi (USM) zamanı qadında dölün ürək döyüntüsü normal izlənilib və o, müəyyən analizlər verib: "Daha sonra qadın bütün hamilələr kimi hər ay ardıcıl olaraq müayinələrə çağırılıb. Növbəti müayinə zamanı (hamiləliyin 12-ci həftəsində) belə bir patologiya aşkar edilib: ana bətnindəki körpənin bütün nazik bağırsağı və yoğun bağırsağın bir hissəsi vücuddan kənara çıxıb. Bu patologiyanın adı qastroşizisdir. Yəni, uşağın bağırsağı bədənindən çöldə, qarnının üstündədir. Adətən bağırsağın çölədönmə hərəkəti hamiləliyin 10-11-ci həftələrində bərpa olunur, bağırsaq içəri daxil olur. Lakin xəstədə bu proses baş verməyib."

Şöbə müdirinin sözlərinə görə, hamiləliyin 28-29-cu həftəsində dölətrafı mayenin möhtəviyyatı  dəyişdiyi üçün körpənin bağırsaqlarına ziyan dəyə bilərdi: "Bunun qarşısını almaq üçün biz hamiləliyin 28-ci həftəsindən etibarən hər 3-4 həftədən bir düz 4 dəfə xəstənin ana bətninə müdaxilə edərək, dölyanı mayeni 500 ml-dən 700 ml-ə qədər dəyişdik. Yəni bu mayeni porsiyalarla çəkib, əlavə mayeni durulaşdırdıq ki, bağırsağa heç bir zərər gətirməsin. Bu prosedur ilk olaraq yerli keyitmə vasitəsilə, digər 3 prosedur isə xəstəni ümumi yatızdırmaqla 30-35 dəqiqə müddətində icra olundu".

Həkim qeyd edib ki, bu olduqca riskli prosedurdur, çünki ana bətninə qarın nahiyəsindən girilir: "Ana bətninə bir iynə ilə müdaxilə edirik və bu müdaxilə çox vaxt erkən doğuşa səbəb olur. Amma bütün bu təhlükələrdən uğurla keçdik. Hamiləliyin 37-ci həftəsi tamamlandıqdan sonra qadının sancıları başlayıb. Qeysəriyyə əməliyyatına hazırlıq dövründə 26 nəfərə yaxın tibbi personal iştirak etdi. Xəstə gecə saat 1-də əməliyyat otağına alındı və əməliyyat 5-də bitdi. Əməliyyatxanada ana bətnindən azad edilən körpə 1-2 saat özünə gəldikdən sonra uşaq cərrahlarının öhdəsinə verildi".

ATU-nun uşaq cərrahiyəsi şöbəsinin müdiri Ramiz Poluxovun sözlərinə görə isə, qastroşizis qarnın ön divarının inkişaf qüsurudur və yaranma səbəbi qarın divarının qidalanmasının pozulmasıdır: "Belə qüsurların, patologiyaların aşkarlanması üçün Azərbaycanda xəstəyə tam yardım göstərməsi mümkün olan klinikalardan biri də bizim Tədris Cərrahiyyə Klinikasıdır ki, burada həm mama-ginekoloji, həm cərrahi, həm də neonatoloji xidmət göstərilir. Bu xəstə də ilk olaraq bizim ginekoloqlara müraciət edib. Müayinələr zamanı Turab doktor bu xəstədə qastroşizisin olduğunu müəyyənləşdirdi. Biz məsləhətləşdik və doğuşa qədər aparılmalı olan bütün manipulyasiyalar ginekoloqlarımız tərəfindən müvəffəqiyyətlə həyata keçirildi. Belə uşaqlar mütləq qeysəriyyə üsulu ilə doğulmalıdırlar".

R.Poluxovun bildirdiyinə görə, ana bətnində əməliyyat olunan uşaqda qastroşizisin ağır forması olub (ən böyük deffekt 4 sm sayılır) və doğulan kimi körpəyə neonatoloqlar tərəfindən yardım göstərilib: "Bütün çöldə olan orqanlar steril plyonkaya bükülüb və uşağın əməliyyat üçün hazırlanması gözlənilib. Burada əsas məqsəd o idi ki, orqanlar yerinə qaytarılsın, deffekt bərpa olunsun. Körpə üzərində əməliyyat uğurla keçirilib, heç bir fəsad baş verməyib".

Hazırda ATU-nun həkim briqadasının nəzarətində olan bu körpə tam sağlamdır. Uşağın qidalanması da tez bir zamanda bərpa olunub. 

Pünhan Mirzə
Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Limon qabığının MÖCÜZƏVİ TƏSİRİ - Qaynadıb suyunu içsəniz...

23 Sentyabr 2017 17:08

Milli Şura Bakıda etiraz aksiyası keçirib

23 Sentyabr 2017 17:02

"Məni qaçırıb 6 gün təcavüz etdilər"

23 Sentyabr 2017 17:02

Elçin Hüseyinbəyli: “Üç-dörd qadını eyni zamanda...” – MÜSAHİBƏ

23 Sentyabr 2017 16:58

Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə açıb

23 Sentyabr 2017 16:57

Dağıstan Şəkini SİLKƏLƏDİ

23 Sentyabr 2017 16:53

Bakıda Milli Şuranın mitinqi keçirilir

23 Sentyabr 2017 16:47

Alim Qasımov və Fərqanə Qasımova Nyu-Yorkda konsert proqramı ilə çıxış edəcəklər

23 Sentyabr 2017 16:42

Evdə saxlanması qadağan olunan 10 it cinsi

23 Sentyabr 2017 16:36

1 həftəyə 10 kiloqram arıqladan

23 Sentyabr 2017 16:35

“G7 bunu edə bilər, əgər...” - Rusiyaya TƏHDİD

23 Sentyabr 2017 16:33

Dağıstandakı zəlzələ Şəkidə hiss olunub

23 Sentyabr 2017 16:27

Azərbaycan içki idxalını 19% artırıb

23 Sentyabr 2017 16:27

"Sonunda ölüm də olsa, buna hazırıq" - Bərzani

23 Sentyabr 2017 16:24

Trampa verilən mətni oxumadı, istədiklərini dedi - Aləm bir-birinə DƏYDİ

23 Sentyabr 2017 16:23

Hindistan Arakanlı müsəlmanları ölkəyə buraxmadı

23 Sentyabr 2017 16:19

Din xadimindan qadınlarla bağlı ŞOK İFADƏLƏR

23 Sentyabr 2017 16:13

“Qarabağ”la oyunda nə baş verəcəyini görəcəyik” - "Roma"nın baş məşqçisi

23 Sentyabr 2017 16:09

Lunaparkda DƏHŞƏT - FOTO

23 Sentyabr 2017 16:08

Pambıq zavodunda yanğın olub

23 Sentyabr 2017 16:08

Bakıda ilk dəfə maneəli ekstremal “Mübarizlər” yarışı keçirilir

23 Sentyabr 2017 16:04

Tanımadığı şəxslərin yataq otağına girib elə görüntülər çəkdi ki...

23 Sentyabr 2017 15:59

"Barselona"nın 20 yaşlı futbolçuya verdiyi maaş - ŞOK RƏQƏM

23 Sentyabr 2017 15:57

Bakıda Milli Şuranın mitinqi başlayıb

23 Sentyabr 2017 15:49

Aydın Mirzəzadə: “Mingəçevir Dövlət Universitetinin hicab qadağası doğru deyil"

23 Sentyabr 2017 15:47

Missiya.az xəbər saytının fəaliyyətinin 1 ili tamam olur

23 Sentyabr 2017 15:47

Cənnətdə evlilik olacaqmı? - Nihat Hatipoğlunun CAVABI - VİDEO

23 Sentyabr 2017 15:43

Hərbçini güllələyib su kanalına atdılar

23 Sentyabr 2017 15:43

Rusiyanın maliyyə naziri: "Hökumətin iqtisadi siyasəti özünü doğruldur"

23 Sentyabr 2017 15:42

Layiqli kişi tapmadı, özüylə evləndi

23 Sentyabr 2017 15:34

Şimali Koreyaya daha bir zərbə

23 Sentyabr 2017 15:33

Qusarda iki nəfəri qəsdən maşınla vuran şəxsin apellyasiya şikayəti təmin edilməyib

23 Sentyabr 2017 15:32

Milli Şuranın mitinqində bayraq mübahisəsi

23 Sentyabr 2017 15:23

Peyğəmbərin xanımı ilə bağlı AĞLAGƏLMƏZ ADDIM - Xristian alimlər BUNU DA ETDİ

23 Sentyabr 2017 15:23

Gürcüstandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanıldı

23 Sentyabr 2017 15:19

Elmar Məmmədyarov ATƏT-in Baş katibi ilə görüşüb

23 Sentyabr 2017 15:16

Vəhşicəsinə öldürülən 5 yaşlı Məhəmmədin görüntüləri yayıldı

23 Sentyabr 2017 15:08

İraq Kürdüstanı yox olacaq, ABŞ... - Yaxın Şərq üçün DƏHŞƏTLİ SSENARİ

23 Sentyabr 2017 15:03

Pərvin Abıyeva məşqçi sevgilisindən DANIŞDI: “Ay camaat...”

23 Sentyabr 2017 15:03

Azərbaycan elektrik enerjisi ixracını 4 dəfədən çox artırıb

23 Sentyabr 2017 15:02

İraq ərazisindən Türkiyəyə hücum olundu

23 Sentyabr 2017 15:02

DİQQƏT: Evinizi bu üsulla havalandırın

23 Sentyabr 2017 14:54

Qatılaşdırlımış südü evdə NECƏ HAZIRLAMAQ OLAR?

23 Sentyabr 2017 14:53

Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslər məhkəməyə müraciət edib

23 Sentyabr 2017 14:47

Bərzanidən TƏXİR QƏRARI

23 Sentyabr 2017 14:43

Elgiz Əkbər öz işinin başına qaytarılacaq

23 Sentyabr 2017 14:42

Anti-Azərbaycan şəbəkəsinin izi hara aparır?

23 Sentyabr 2017 14:39

Azərbaycanlının dünya çempionunu belə öldürüdü - VİDEO

23 Sentyabr 2017 14:37

Bu şəxslər təhlükəsizlik kəməri taxmaya bilər

23 Sentyabr 2017 14:35

Almaniyada sabah seçkidir

23 Sentyabr 2017 14:25