Azərbaycanda sərxoş kişini döydülər

Azərbaycanda sərxoş kişini döydülər
10:51 11 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

41 yaşlı kişi nəməlum şəxs və ya şəxslər tərəfindən döyülüb. Hadisə Samux rayonu ərazisində qeydə alınıb.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, gecə saatlarında xəstəxanaya qarının küt travması və alının cızılmış yarası ilə Samux rayon Ranetka ev 7 ünvanında yaşayan 1975-ci il təvəllüdlü Elnur Ruhani oğlu Rüstəmov gətirilib. Dərhal zərərçəkənə ilkin tibbi yardım göstərilib. Xəsarət alan kişinin hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

Aparılan araşdırmalar nəticəsində 41 yaşlı kişinin naməlum şəxs və ya şəxslər tərəfindən döyüldüyü məlum olub.

Elnur Rüstəmov xəstəxanaya gətirilərkən sərxoş olub.

Faktla bağlı Samux Rayon Polis İdarəsində araşdırma aparılır.

Dekabr ayının 25 də də Daşkəsəndə 74 yaşlı qadın, Gəncədə isə 42 yaşlı kişi döyülüb.

Daşkəsəndə baş verən hadisə zamanı rayonun Əmirvar kənd sakini 1941-ci il təvəllüdlü Almaz Vilayət qızı Həsənova, oğlu və onun qaynatasının davası zamanı ortada qalaraq xəsarət almışdı.

Xəstəxanadan verilən digər bir məlumata görə, elə həmin gün Gəncədə də döyülmə faktı qeydə alınıb. Şəhər sakini, 1973-cü il təvəllüdlü Nəcəf Adil oğlu Mahmudov qonaq gedərkən naməlum şəxslər tərəfindən döyülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369379

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR