İcra başçısından müəllimələrə şalvar QADAĞAsı

İcra başçısından müəllimələrə şalvar QADAĞAsı
11:22 11 Yanvar 2016
88 Digər
Ölkə mətbuatı
A- A+

Zakir Fərəcov qadın müəllimlərə şalvar geyməyi qadağan edib.

Milli.Az modern.az-a istinadən bildirir ki, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov son keçirdiyi iclasda məktəblərdə qadın müəllimlərin şalvar geyinməməsini məsləhət bilib. O qeyd edib ki, qadın müəllimlər şagirdlərin qarşısında şalvarda yox, rəsmi formada çıxmalıdır. Artıq icra başçısının göstərişlərinə məktəblərdə əməl edilməyə başlanılıb. Belə ki, qadınlar şalvarda deyil, pencək-yubka geyinərək şagirdlərin qarşısına çıxırlar.

Eyni zamanda Z.Fərəcov məktəb və bağçaları gözlənilmədən təftiş edir. İndi təhsil müəssisələri əvvəlcədən xəbər vermədən gələn icra başçısını hər an gözləyirlər.

Z.Fərəcovun daha bir göstərişi isə 11-ci sinif şagirdləri ilə bağlıdır. Belə ki, əvvəllər 11-ci sinif şagirdləri ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşmaq üçün əksər vaxtlarda məktəbə gəlmir və buna görə direktorlara müəyyən məbləğdə pul ödəyirdilər.

İcra başçısının göstərişi ilə Sumqayıt Şəhər Təhsil Şöbəsindən məktəblərdə 11-incilərin dərsə davamiyyəti hər gün yoxlanılır, dərsə gəlməyənlər isə zəng edilərək çağrılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR