Beynəlxalq Enerji Agentliyi: Neftin qiymətinin bahalaşması qaçılmazdır

Beynəlxalq Enerji Agentliyi: Neftin qiymətinin bahalaşması qaçılmazdır
11:23 11 Yanvar 2016
66 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, Nihad Budaqov, AZƏRTAC
Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol 2015-ci ildə 20 faiz azalan yeni neft sərmayələrinin bu il daha da azalmaqda davan edəcəyini deyib.
AZƏRTAC “dunya.com” istinadla xəbər verir ki, o, 2015-ci ildə neft hasilatına yönələn investisiyaların son 30 ildə ilk dəfə 20 faiz azaldığını bildirib. İnvestisiyaların bu il də azalaraq yenə son 30 ildə ilk dəfə iki il ard-arda geriləyəcəyini vurğulayan F.Birol bunun gələcəkdə neftin qiymətlərinin bahalaşmasına təsir göstərəcəyini qeyd edib.
F.Birol bildirib ki, neftin qiymətinin bahalaşması qaçılmazdır: “Neftin qiymətinin 30 dolarda qalacağını düşünmək səhv olar”.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR