Azərbaycan İvanişvilinin Fondunda

Azərbaycan İvanişvilinin Fondunda
11:36 11 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq baş naziri, iş adamı Bidzina İvanişvili "Ortaq investisiya Fond" yaradıb.

ANS PRESS-in məlumatına görə, İvanişvili yeni fondu barədə siyasətdən getdikdən sonra verdiyi ilk müsahibəsi zamanı danışıb. Fonda müxtəlif səhmdarlar tərəfindən kapital qoyulacaq. İş adamının sözlərinə görə, sərmayədarlarda biri də Azərbaycan Dövlət Neft Fondudur.

“"Ortaq investisiya Fondu "-nun 9 investoru var. Fondun əsas sərmayədarları Maşkeviç, Patarkatsişvili ailəsi, Birləşmiş Ərəb Əmirliyinin iki şirkəti (Dabi Qrup və RAK Investment Authority ), Azərbaycan Dövlət Neft Fondu, həmçinin Qazaxıstanın "KazTransOil", Türkiyənin Çalık Holding AS , Çinin "Milestone" şirkətləri və mənəm. Fondakı kapital payım 1 milyard dollardır. Bir layihə üçün investisiyanın dəyəri 5 milyon dollardan aşağı olmamalıdır. Fondun illik gəliri 15%-dən az olmamalıdır”,-deyə İvanişvili bildirib.

6 milyard maliyyə vəsaiti olan "Ortaq investisiya Fondu "-nun əsas məqsədi isə Gürcüstan iqtisadiyyatını inkişaf etdirməkdir. Sərmayədarların hər biri fonda yüz milyon dollardan 1 milyarda qədər kapital yatıra bilcəklər.


Bidzina İvanişvili - Gürcüstanın sabiq baş naziri, iş adamı


İvanişvili qeyd edib ki, fondu idarə edənlər Gürcüstanda maraqlı layihələr seçəcək və ora pul qoyacaqlar.

"Daha kiçik innovativ layihələrin həyata keçirilməsi üçün biz xüsusi kapital fondu yaradırıq. Burada layihələrin dəyəri maksimum 30 milyon dollar ola bilər”.

İvanişvili bildirib ki, fonda daxil olan pulların hansı sahələrə yatırılması üzərində böyük bir işçi qrupu işləyir. “Artıq bizdən milyard dollarlıq proyektlər alıblar. Bunlar su elektrik stansiyasıları, otel və bəzi kənd təsərrüfatı layihələridir. İnsanlar başa düşürlər ki, investorlar var. Əvvələr həyata keçirə bilmədikləri layihələri başlamağa hazırdırlar. Amma əvvələr belə layihələri reallaşdıra bilmirdilər. Çünki lazımi qədər maliyyə vəsaiti yox idi”,-deyən sabiq baş nazir əlavə edib ki, bir neçə ay ərazində 6 milyarda dollar əldə edəcəyik.

Belə nəticəyə gəlmək olar ki, Azərbaycan Dövlət Neft Fondu da bu layihələrin sərmayədarlarından biri kimi bu gələcəkdə gəlirlərini genişləndirmək imkanı əldə edəcək.

Məsələ ilə əlaqədar Azərbaycan Dövlət Neft Fondu ilə əlaqə saxladıq. Fonddan bildirildi ki, bu məsələ ilə bağlı gün ərzində məlumat veriləcək.

Dövlət Neft Fondunun əməkdaşlıq etdiyi təşkilatının rəhbəri Gürcüstanın sabiq baş naziri İvanişvili hazırda siyasətdən uzaqlaşsa da, bəzi mənbələrdə onun faktiki olaraq hazırki hakimiyyətin qərarlarına birbaşa təsir etdiyi bildirilir. Son vaxtlar Gürcüstanda sabiq baş naziri İrakli Qaribaşvilinin tutduğu vəzifədən istefa verməsində və onun yerinə Georgi Kvirikaşvilinin təyin olunmasında İvanişvilinin təsirinin kifayət qədər olduğu bildirilir.

O, 2012 –ci ilin sentyabrından 2013-cü ilin dekabrına kimi Gürcüstanın baş naziri olub. Bidzina İvanişvilinin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili kimi Avropa və ABŞ –la yaxşı münsasibətlər istəsə də, belə münasibətləri Rusiya ilə də arzu edir.


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili - Gürcüstanın sabiq baş naziri Bidzina İvanişvili


O, Azərbaycanla da əlaqələrə xüsusi önəm verir. İvanişvili, baş nazir olduğu vaxt Azərbaycana aşağı qiymətə qaz tədarük etdiyinə görə təşəkkür etdiyi halda hazırda hökumətin Rusiyadan qaz ixrac etməsini dəstəkləyir. Bidzina İvanişvili sözlərinə görə, hökumətin Rusiyadan qaz almasında heç bir təhlükə yoxdur.

Azərbaycan qazının Rusiya qazından ucuz olmasına münasibət bildirən İvanişvili vurğulayıb ki, biznes həmişə öz xeyrini bilir və bu nöqteyi-nəzərdən hərəkət edəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=369363

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR