"Donuz qripi" Azərbaycanın qonşusunda

"Donuz qripi" Azərbaycanın qonşusunda
11:41 11 Yanvar 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanla həmsərhəd ölkələrdə donuz qripi virusu sürətlə yayılmaqdadır. Artıq Ermənistanda,daha bir nəfər İrəvan Cərrahiyyə İnstitutunda daha bir nəfər H1N1 (“donuz qripi”) virusundan ölüb.

ANS PRESS-in verdiyi məlumata görə, bu Ermənistanda “donuz qripi”ndən beşinci ölüm faktıdır. Ümumiyyətlə son günlər Ermənistanda “donuz qripi” kimi tanınan H1N1 virusuna yoluxanların sayı sürətlə artıb. Ölkənin baş infeksionisti Ara Asonyan mətbuata bildirib ki, Ermənistan xəstəxanalarında “donuz qripi”nə yoluxmuş çoxlu sayda xəstə var. Onlardan 150-si uşaq, 120-si isə hamilə qadındır. Müalicə olunanların 8-i ağır vəziyyətdədir. Onlar süni nəfəs aparatına qoşulublar.


Ermənistanda xəstəxana


Qardaş ölkə Türkiyədə də son günlər donuz qripi virusundan ölənlərin sayı durmadan artır. Təkcə ilin əvvəlindən bu günə kimi 16 nəfər bu virusdan dünyasını dəyişib.

İranda isə bu xəstəlik nəticəsində ölənlərin sayı 35-i ötüb. Azərbaycanda isə hələlik virusa ysoluxma halı qeydə alınmayıb. Qonşu ölkələrdəki mövcud vəziyyətlə əlaqədar nəzarət gücləndirilib.

Respublika Taun Əleyhinə Stansiyada PSR üsulu ilə laborator müayinələr aparılır. Stansiyadan verilən məlumata görə, virusa yoluxma ilə bağlı bu günə kimi onlara heç bir müraciət daxil olmayıb.



"Stansiyaya əsasən mövsümü qriplə bağlı müraciətlər daxil olur. Ciddi bir hal qeydə alınmayıb. Lakin biz bütün təhlükəsizlik tədbirlərini görürük. Bunun üçün labaratoriyamız tam işlək vəziyyətə gətirilib. Xəstəliyin müalicəsində istifadə olunan oseltamivir preparatının, digər dərman vasitələrinin, dezinfeksiyaedici maddələrin, fərdi qoruyucu vasitələrin və s. ehtiyatı yaradılıb".


Labaratoriya

"Donuz qripi” təhlükəsi ilə bağlı Azərbaycanın gömrük keçid-məntəqələri də gücləndirilmiş iş rejiminə keçib. Sərhəd-buraxılış keçid məntəqələri donuz və quş qripini aşkarlayan termoqurğularla təchiz olunub.


Astara gömrük keçid məntəqəsi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR