“Apple” bir neçə avtomobil domenini qeydiyyatdan keçirib

“Apple” bir neçə avtomobil domenini qeydiyyatdan keçirib
11:51 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

“Apple” şirkəti avtomobillərlə əlaqədar “apple.car”, “apple.cars” və “apple.auto” domen adlarını qeydiyyatdan keçirib.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “www.interfax.ru” resursuna istinadən yazır ki, avtomobil domenləri ötən ilin dekabrında satın alınsa da, onların heç birindən bu vaxtadək istifadə olunmayıb. Şirkət nümayəndələri məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyiblər.
 
“The Wall Street Journal” nəşri ötən ilin sentyabrında “Apple”ın “Titan” adlanan layihəni təsdiq etməsi və ilk avtomobili 2019-cu ilədək buraxmağı planlaşdırması barədə məlumat verib. Həmin vaxt elektromobil istehsalçısı “Tesla” şirkətinin rəhbəri İlon Mask “Apple”ın onun keçmiş əməkdaşlarını işə fəal şəkildə qəbul etməsini bildirib.
 
“Apple” rəhbərliyi indiyədək avtomobil hazırlanması ilə bağlı planlarını rəsmən təsdiq etməyib.
 
Nizam Nuriyev


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40638-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR