"Kim çaşır, o tez aşır" - İlhamə Quliyeva

"Kim çaşır, o tez aşır" - İlhamə Quliyeva
12:08 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti İlhamə Quliyeva şou-biznesdə səhv addım atanlara yerini göstərib, müğənniləri barışığa səsləyib. 

Milli.az big.az-a istinadən xəbər verir ki, "ATV magazin onlarla" verilişinə danışan müğənni bildirib ki, kim çaşır, o tez aşır. Mənimlə çaşmaq olmaz:

"Müğənnilər bir-birini qoyurlar ortalığa, toyuq, hinduşka didən kimi didirlər. Barışıqlar tərəfdarıyam. Elə müğənnilər də var ki, onlara qarışmıram. Hələ indiyəcən heç kim mənim sözümü yerə salmayıb. Kimə desəm, barışacaqlar. Ürəyim çox zərifdir mənim. Düşmənlərim üçün hərdən deyirəm ki, əşi yazıqdır, qoy çıxsın getsin, bağışlayıram. Kimi bağışlayıramsa, deməli, ona yazığım gəlir. Onsuz da, rüsvay olmuş bir kəsdir. Bağışladımsa, deməli, o, yazığın biridir. Durub məhkəməyə versəm, yazıq onda diri-diri gedib qəbirdə yatsın. Ona görə də bağışlayıram. Getsin borclarını versin həmin bağışladığım kəs".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR