Müğənni Günay İbrahimli sosial şəbəkədə yayılan yataq fotolarına aydınlıq gətirib.
Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla” verilişinə açıqlamasında həmin şəkillərin çəkildiyi filmdən olduğunu bildirib:
“Bu fotolar “Sadəcə sev” filmindəndir. Sevgililər günü ərəfəsində təqdim olunacaq. Oradakı oğlan heç mənim zövqümdə deyil. Sarışın oğlanları sevmirəm. Bundan sonra 2 il filmə çəkilməyəcəm. Müğənniyəm, işimlə məşğul olacam”.
Günay İbrahimli sevgilisindən də danışıb:
“Mənim sevgilim qaraşın və hündürboydur. Çox qısqancdır”.
Qeyd edək ki, "Sadəcə sev" filmində müğənninin tərəf müqabili aktyor Cövdət Şükürovdur.