Şimali Koreya ABŞ-ı hədələdi

Şimali Koreya ABŞ-ı hədələdi
12:09 11 Yanvar 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

Şimali Koreya ABŞ-ı nüvə silahı ilə hədələyib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Şimali Koreyanın “Nodon sinmun” qəzetində yer alan məqalədə bildirilir.

 

Pxenyan ABŞ-ı vəziyyəti müharibə həddinə çatdırmaqda ittiham edib. Qəzet Vaşinqtonu məsələlərə real baxmağa və Pxenyanla qarşıdurmadan nəticə çıxarmağa çağırıb.

 

Öz növbəsində “Röyters” agentliyinin Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Vaşinqton Seul Cənubi Koreya ərazisində strateji silahlar yerləşdirməyi planlaşdırır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR