Di Kaprio Ledi Qaqaya ağız əydi - Video

Di Kaprio Ledi Qaqaya ağız əydi - Video
12:32 11 Yanvar 2016
55 Şou
Ölkə mətbuatı
A- A+

“Qızıl qlobus” mükafatlandırma mərasimi maraqlı anlarla yadda qalıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mükafatını almaq üçün səhnəyə çıxan müğənni Ledi Qaqa qonaqlar arasında əyləşən aktyor Leonardo Di Kaprioya toxunub.

41 yaşlı Hollivud ulduzunun buna reaksiyası isə fərqli olub. Ağzını əyən Leonardo dodaqaltı “Lənətə gələsən” deyib. Həmin an çəkilmiş video qısa müddətdə internetdə izlənilmə rekordu qırıb. Di  Kaprio video ilə bağlı açıqlamasında “Mən, sadəcə olaraq, başa düşmədim ki, kimsə mənə toxundu, vəssalam” deyib.
 
Qeyd edək ki, mükafatlandırma gecəsində Ledi Qaqa “Televiziya üçün çəkilmiş ən yaxşı mini-serial və ya film aktrisası”, Leonardo Di Kaprio isə “Ən yaxşı dram kino aktyoru” nominasiyaları üzrə qalib olublar.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43991

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR