Boşanmaq üçün ərinə 10 milyon dollar verməlidir - FOTO

Boşanmaq üçün ərinə 10 milyon dollar verməlidir - FOTO
12:37 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Britaniyanın populyar müğənni və aktrisalarından biri Şeril Koulun ikinci nikahı da uğursuz olub. O, fransız restorator və pleyboy Jan-Bernar Fernandes-Versinidən boşanır.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 32 yaşldı Şeril Koulla 33 yaşlı Jan-Bernarın nikahları cəmi 19 ay çəkdi.

Ailədə problemlər iki ay əvvəl yaranıb. Jan-Bernar "belə ailə həyatından bezdiyini" deyirdi. Şeril yaşananları sirr kimi saxlamağa çalışsa da, bacarmayıb.  O, münsiflər heyətinin üzvü olduğu "The Voice" şousunun çəkilişlərindən birində ağlayıb.

Aktrisanın dediyinə görə, ailənin dağılmasının səbəbi ərinin ifrat qısqanclığıdır: "Narahtlıq üçün heç bir səbəb olmasa da, o, son vaxtlar qeyri-adekvat davranırdı. İş o yerə çatıb ki, məni hətta itlərimə də qısqanır. Deyir ki, onunla müqayisədə itlərə daha çox vaxt ayırıram".

Şeril Koulun ilk əri futbolçu Eşli Koul idi.

Şerillə Jan-Bernar ailə quranda nikah müqaviləsi imzalamadıqları üçün müğənni boşanarsa, sabiq ərinə 10 milyon dollar ödəməlidir.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/396785.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR