Merkel Kölndəki hadisələrə görə Davosa səfərini ləğv edib

Merkel Kölndəki hadisələrə görə Davosa səfərini ləğv edib
12:52 11 Yanvar 2016
19 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel Davosda keçiriləcək illik Dünya İqtisadi Forumuna (WEF) səfərini ləğv edib. "Report" RBK-ya istinadən xəbər verir ki, buna Kölndə qadınlara hücumlarla bağlı işin araşdırılması səbəb olub.
KİV cinayətlərin Yeni il ərəfəsində törədildiyini yazıb. Məlumata görə, zorakılıq hallarının çoxu şəhərin mərkəzindəki dəmir yolu stansiyasının ərazisində baş verib. Qeyd olunur ki, 500-dən çox qadın polisə müraciət edib. Zərərçəkmişlərdən 40 faizinin sataşma və hətta təcavüzdən polisə şikayət etdiyi xəbər verilir. Zərərçəkmişlər təcavüzkarların çoxunun Yaxın Şərq və Şimali Afrika mənşəli olduğunu iddia edir.
Xatırladaq ki, illik Dünya İqtisadi Forumu yanvarın 20-23-də Davosda keçiriləcək.
Qeyd edək ki, Davosdakı Dünya İqtisadi Forumu hər il təşkil edilir və buraya təxminən iki minə yaxın biznes elitasının, bir sıra ölkələrin siyasi liderləri təşrif buyurur. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/merkel-kolndeki-hadiselere-gore-davosa-seferinin-legv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR