Ramil Usubov Kamaləddin Heydərovun qohumunu işdən çıxardı

Ramil Usubov Kamaləddin Heydərovun qohumunu işdən çıxardı
13:00 11 Yanvar 2016
242 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili işlər naziri Ramil Usubov fövqəladə hallar naziri Kamaləddin Heydərovun rəis müavini olan qohumunu işdən çıxarıb.

Milli.az bildirir ki, bu haqda aznews.az məlumat yayıb. Xəbərə görə, nazir Nəsimi rayon Polis Bölməsinin rəis müavini, polis mayoru Əlövsət İsmayılova ağır cəza verib. Vəzifəsindən kənarlaşdırmaqla yanaşı, onun daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı əmr imzalayıb.

Məlumata görə, Ə.İsmayılov Nəsimi rayon Polis Bölməsinə təyin edilməmişdən əvvəl DİN-də daha yüksək vəzifə tuturmuş. Lakin o, işində yol verdiyi nöqsanlara görə postundan uzaqlaşdırılıb və cəza olaraq rəis müavini təyin edilib.

Əlövsət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovla bacanaqdır.

Xatırladaq ki, Ramil Usubov ötən həftə daha bir nazirin qohumunu vəzifədən azad etmişdi. O, müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğlu polis polkovnik-leytenantı Natiq Camalovun Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi vəzifəsindən çıxarılaraq sərəncama götürülməsi ilə bağlı əmr vermişdi.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR