Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
13:01 11 Yanvar 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

12 yanvar 2016 hava proqnozu - Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-5, gündüz 7-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 6-11 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43994

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR