Çin 513 milyard dollar itirdi

Çin 513 milyard dollar itirdi
13:17 11 Yanvar 2016
32 Digər
Ölkə mətbuatı
A- A+

Çin Milli Bankının valyuta rezervləri 1992-ci ildən bəri ilk dəfə azalıb.

Azvision.az "İnterfax"a istinadən xəbər verir ki, ölkənin valyuta rezervləri ötən illə müqayisədə 513 milyard dollar azalaraq, 3,33 trilyon dollara düşüb. 

Rezervlərini azalmasına səbəb avqustda Çin yuanının devalvasiyasından sonra Mərkəzi Bankın yürütdüyü intervensiya siyasətdir. 

Çinin valyuta rezervləri son 22 ildə daima artırdı. Onun həcmi 1993-cü ildə 21,2 milyard dollarlıq göstəricidən 2014-cü ildə 4 trilyon dollara yüksəlib. 

Yuanın məzənnəsi cümə günü dollara nisbətdə sabitləşsə də, ümumilikdə ötən həftə dəyərini 0,8% itirib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396868.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR