"Caspian Development Bank"ın rəhbərliyində dəyişiklik olub

"Caspian Development Bank"ın rəhbərliyində dəyişiklik olub
13:22 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ "Caspian Development Bank" (CDB) ASC-nin rəhbərliyində dəyişiklik olub. Müşahidə Şurasının qərarına əsasən, Nadir Yıldırım CDB-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, İdarə Heyətinin sədri İbrahim Əsəd oğlu Alışov isə Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən, Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, “Caspian Development Bank" 1988-ci ildə “Universal Bank” kimi qeydiyyatdan keçib, 2001-ci il sentyabrın 24-də bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 2015-ci il yanvarın 26-da isə “Caspian Development Bank" ASC adı altında yeni lizensiya alınıb.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/caspian-development-bank-in-rehberliyinde-deyisiklik-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR