Angela Merkel Davosa getməyəcək

Angela Merkel Davosa getməyəcək
13:37 11 Yanvar 2016
10 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya kansleri Angela Merkel ölkə daxilində yaranmış siyasi gərginliklə əlaqədar son illər mütəmadi olaraq iştirak etdiyi Davos Dünya Iqtisadi Forumuna səfərini ləğv edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ölkənin Köln, Ştutqart, Hamburq və digər şəhərlərində Yeni il gecəsi baş verən iğtişaşlardan sonra Almaniyada vəziyyət gərginləşməkdə davam edir. Köln şəhərində hücum və qarətlərə məruz qalan 500-dən çox qadın polisə şikayət edib.

Almaniyanın ədliyyə naziri Hayko Maas hadisəni "mütəşəkkil cinayətkarlığın yeni səviyyəsi" adlandırıb, həmçinin Yaxın Şərq və ya Şimali Afrika ölkələrindən gələn yüzlərlə mühacirin iştirakı ilə baş verən hücumların əvvəlcədən hazırlandığı ehtimalını səsləndirib.

Xatırladaq ki, Dünya İqtisadi Forumu 2016-cı il yanvarın 20-23-də Davosda keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR