SOCAR-a Türkiyədə neft axtarmağa icazə verilmədi

SOCAR-a Türkiyədə neft axtarmağa icazə verilmədi
13:44 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

 Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri üzrə Baş Direktorluğu 5 şirkətin Tekirdağ bölgəsində neft axtarışını həyata keçirmək üçün müvafiq müraciətini rədd edib.

 

"APA-Economics"in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "Resmi Gazete" nəşrində yer alan məlumatda qeyd edilib.

 

Bildirilir ki, həmin şirkətlər "Memba Enerji ve Madencilik", "SOCAR Petrol Arama ve Üretim", "3S Kale Enerji Üretim", "Transatlantic" və "Alpay Enerji"dir.

 

Adıçəkilən şirkətlər Tekirdağ bölgəsində 14 537 hektar sahədə neft axtarışlarını aparmaq üçün neft İşləri üzrə Baş Direktorluğa müraciət ediblər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228209

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR