Sumqayıt və Gəncə şəhərlərinə yeni prokurorlar təyin edilib

Sumqayıt və Gəncə şəhərlərinə yeni prokurorlar təyin edilib
17:12 30 Dekabr 2014
227 Sosial
Ölkə mətbuatı
A- A+

Gəncə şəhər prokuroru vəzifəsinə Fazil Həsənəliyev təyinat alıb
Azərbaycan prokurorluq orqanlarında yeni təyinatlar olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, baş prokuror Zakir Qaralovun imzaladığı əmrlərlə Bakı şəhər prokurorunun müavini Fazil Həsənəliyev tutduğu vəzifədən azad edilərək Gəncə şəhər, Suraxanı rayon prokuroru Sərdar İmanov isə tutduğu vəzifədən azad edilərək Sumqayıt şəhər prokuroru vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, bir müddət əvvəl Gəncə şəhər prokuroru Adil Vəliyev və Sumqayıt şəhər prokuroru Dağlar Zeynalov tutduqları vəzifədən azad olunublar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/316799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR