Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirildi

Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə zərərsizləşdirildi
13:54 11 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Vətəndaşlara məxsus avtomobilləri qaçırmış üç şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 9-da Göyçay RPŞ əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb, sürücüsü, rayon sakini Xəyal Ömərov şübhə doğurduğundan RPŞ-yə gətirilib. Araşdırma zamanı qeyd edilən avtomobilin ötən il dekabrın 23-də Şamaxı rayonu ərazisindən qaçırılmış Murad Allahverdiyevə məxsus “Mercedes” markalı avtomobil olması müəyyən edilib və aidiyyəti üzrə Şamaxı RPŞ-yə təhvil verilib.

 

X.Ömərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Mehralı Mehralıyev və rayon sakini Elgün Kərimovla birgə ötən ilin noyabr-dekabr ayları ərazində Miryaqub Əmirova məxsus “Mercedes”, Zabit Mirqədirova və Əlibrahim Pənahova məxsus “VAZ” markalı avtomobilləri qaçırması da müəyyən edilib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə M.Mehralıyev və E.Kərimov da tutulublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR