"Ardanın oynaması məni narahat etmir"

"Ardanın oynaması məni narahat etmir"
13:57 11 Yanvar 2016
19 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç komanda yoldaşı Arda Turan haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı oyunçu ölkəsinin mətbuatına açıqlamasında türkiyəli futbolçu ilə rəqabətin onu narahat etmədiyini bildirib:

"Ardanın "Barselona"nın əsas heyətində oynaması məni narahat etmir. Burada olduğum müddətdə özümü sübut etmişəm və komanda üçün nə qədər dəyərli olduğumu düşünürəm. Bu səbəbdən start heyətində yerimi itirməkdən qorxmuram". 

Qeyd edək ki, 2014-cü ildə "Sevilya"dan "Barselona"ya transfer olunan Rakitiç keçirdiyi 49 oyunda 6 qol vurub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR