Avtomobil oğruları tutulub

Avtomobil oğruları tutulub
14:02 11 Yanvar 2016
21 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Göyçay rayonunda bir neçə avtomobil oğrulayan şəxslər tutulub. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında məlumat yayıb.
Nazirliyin informasiyasına görə, yanvarın 9-da Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb, sürücüsü rayon sakini Xəyal Ömərov şübhə doğurduğundan RPŞ-yə gətirilib.
Araşdırma zamanı qeyd edilən avtomobilin ötən il dekabrın 23-də Şamaxı rayonu ərazisindən qaçırılan Murad Allahverdiyevə məxsus “Mercedes” markalı avtomobil olması müəyyən edilib və aidiyyəti üzrə Şamaxı RPŞ-yə təhvil verilib.
X.Ömərovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Mehralı Mehralıyev və rayon sakini Elgün Kərimovla birgə ötən ilin noyabr-dekabr ayları ərazində Miryaqub Əmirova məxsus “Mercedes”, Zabit Mirqədirova və Əlibrahim Pənahova məxsus “VAZ” markalı avtomobilləri qaçırması da müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə M.Mehralıyev və E.Kərimov da tutulub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR