"Hürrəm sultan": Azan mənə hüzur verir (FOTO)

"Hürrəm sultan": Azan mənə hüzur verir (FOTO)
14:06 11 Yanvar 2016
41 Şou
Ölkə mətbuatı
A- A+

Türkiydə, Azərbaycanda dünyanın bir çox ölkəsində onu "Hürrəm sultan" kimi tanıyırlar. Türk əsilli alman aktrisa Məryəm Üzərli ifa etdiyi bu rol sayaəsində milyonlarla heyran qazana bilib.

ANS PRESS-in məlumatına görə, "Möhtəşəm yüzyıl" serialı ilə şöhrət qapılarını açan aktrisa haqqında sənədli film hazırlanıb. Burada onun bütün həyatsı demək olar ki, əhatə edilib. “Doku” adlı film ötən gün NTV kanalında ekrana çıxıb. Aktrisa həyatı haqqında bir çox maraqlı məqamlara aydınlıq gətirib. O, şəxsi həyatı, işlədiyi yerlər, türkiyəyə gəlişi, körpəsini dünyaya gətirməsi, hətta azandan da danışıb.

Film üçün yaradıcı heyət düz bir il onunla birlikdə olub, səfərlərində iştirak edib. Reportaj zamanı azan səsini eşidən Üzərli kövrəlib. "Uşaq olanda azan kasetə yazılmışdı. Bu mənim yatmağıma kömək edirdi. Çünki azan səsi mənə hüzur verir".

O, konservatoriyanı bitirdikdən sonra bir çox yerdə işləməyə vadar olub. Məsələn, çağrı mərkəzi, mağazada, kafedə və sairə. "Hətta Şaxta baba kimi uşaqlara hədiyyə də paylamışam".



"Hürrəm sultan" isə onun bütün həyatını dəyişib. “Əslində mən bu lqayihənin 6 həftə davam edəcəyini düşünürdüm."

Qızı Laraya hamilə olduğunu bildikdən sonra isə vəziyyət dəyişib. heç kimə xəbər vermədən serial çəkilişlərini yarımçıq saxlayaraq Türkiyəni tərk edən aktrisa "tükənmişlik" sindromundan əziyyət çəkdiyini deyib. "Hamiləliyimi öyrənəndə serialın 4-cü mövsümündə olmayacağım qəti idi. Arada qaldım. Çoxu mənə kariyeramın zirvəsində olduğumu, indi uşaq düşünmək zamanı olmadığını dedi. Amma rejissorun belə Berlinə gələrək mənə dəstək oldu".



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR