Droqbanın "Çelsi"yə keçidi baş tutmadı

Droqbanın "Çelsi"yə keçidi baş tutmadı
14:07 11 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Droqbanın "Çelsi"yə  keçidi baş tutmadı.


"Monreal İmpekt"in futbolçusu Didye Droqba bu mövsüm "Çelsi"yə qayıtmayacaq.


Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Quus Hiddink məlumat verib. O, bu mövsüm 37 yaşlı futbolçunun "Çelsi"nin məşqçilər heyətinə daxil edilməyəcəyini vurğulayıb. Səbəb onun Kanada klubu ilə müqaviləsinin davam etməsidir.


Qeyd edək ki, D.Droqbanın "Monreal İmpekt"lə müqaviləsi bu ilin iyulunda başa çatacaq.


Xatırladaq ki, "Çelsi" D.Droqbanı Q.Hiddinkin köməkçisi vəzifəsinə gətirmək üçün "Monreal İmpekt"lə danışıqlar aparırdı.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-droqbann-quotcelsiquoty-kecidi-ba-tutmad-t46708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR