Boks üzrə Bakı birinciliyinə yekun vurulub

Boks üzrə Bakı birinciliyinə yekun vurulub
14:23 11 Yanvar 2016
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 yanvar, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə keçirilən boks üzrə paytaxt birinciliyinin qalibləri müəyyənləşib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Boks Federasiyasının Boks Mərkəzində keçirilən birincilikdə 22 klubdan 190 idmançı mübarizə aparıb.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Kənan Xandəmirov (44 kq), Fərid Səfərli (46 kq), Nəbi İskəndərov (48 kq), Amid Əlizadə (50 kq), Amil İsayev (52 kq), Elmir Novruzov (54 kq), Məhəmmədəli İsmayılov (57 kq), Xəqani Zeynalov (60 kq), Əli Hacıməmmədzadə (63 kq), Ruslan Məmmədov (66 kq), Rəcəb Niftəliyev (70 kq), Zaur Musayev (75 kq), Elmir Zeynalov (80 kq) və Vüqar Səmədov (80 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarışda ilk üç yeri tutmuş idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boks_uzre_Baki_birinciliyine_yekun_vurulub-917437

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR