Erməni məsələsi üzrə mütəxəssis Ərdoğanın baş müşaviri təyin edildi

Erməni məsələsi üzrə mütəxəssis Ərdoğanın baş müşaviri təyin edildi
14:37 11 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından olan keçmiş millət vəkili, tarixçi Seyit Sərtçelik prezidentin baş müşaviri vəzifəsinə təyin olunub.

APA-nın "Sözcü" qəzetinə istinadən verdiyi məlumata görə, akademik karyerası olan tarixçinin əsas fəaliyyət sahəsi erməni məsələsidir.
 
Türkiyə mətbuatı bu təyinatı "Su-24" təyyarəsinin vurulmasından sonra Rusiyanın Ermənistanla münasibətləri daha da inkişaf etdirmək istiqamətindəki addımları ilə əlaqələndirir. Həmçinin bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar son vaxtlar gərginlik artıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR