İtaliyada yanğın: üç ölü, beş yaralı

İtaliyada yanğın: üç ölü, beş yaralı
14:38 11 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+


Ferrara, 11 yanvar, AZƏRTAC
İtaliyanın Ferrara şəhərindəki atıcılıq poliqonunda baş vermiş partlayış şiddətli yanğına səbəb olub. Yanğın nəticəsində 3 nəfər həlak olub, 5 nəfər isə ağır yaralanıb.
İlkin məlumata görə, bədbəxt hadisə məşqlər zamanı silahlardan istifadə edilərkən ehtiyatsızlıq ucbatından baş verib. Şiddətli alov yanğınsöndürənlərin işini çətinləşdirib. Yanğının söndürülməsinə və xilasetmə işlərinə yerli polislər də cəlb olunublar. Həlak olanların cəsədlərinin axtarışı və yanğının söndürülməsi işləri davam etdirilir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Ferrara


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR