Təhsil Nazirliyində YENİ TƏYİNATLAR

Təhsil Nazirliyində YENİ TƏYİNATLAR
14:39 11 Yanvar 2016
74 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Təhsil Nazirliyində (TN) kadr dəyişikliyi aparılıb.

 

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə,  Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirov bu vəzifədən azad edilib. O, TN-nin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

 

TN-nin İnsan resursları şöbəsinə isə həmin şöbənin müdir müavini olan İlham Nağıyev təyin edilib.

 

Bununla yanaşı, TN-də bəzi şöbələrin, sektorların adları dəyişdirilib, ilk peşə ixtisası təhsili ayrı sektor kimi yaradılıb.

 

TN-nin KİV və QHT-lərlə iş sektorunun yeni adı İctimaiyyətlə əlaqələr sektoru olub.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR