ABŞ-da 4 qadın baş örtüyünə keçdi - Bir günlük

ABŞ-da 4 qadın baş örtüyünə keçdi - Bir günlük
14:50 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

ABŞ-da 4 nəfər ölkə vətəndaşı olan qadın müsəlman qadınlarının hüquqlarının qorunması tələbi ilə bir gün ərzində baş örtüyü taxıb.

Milli.az bildirir ki, publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, həmin qadınların baş örtüyünü əks etdirən sosial çarx da hazırlanaraq, sosial şəbəkədə yayımlanıb.
 
Amerikalı qadınlar bu addımlarını Qərbdə baş örtüyünə qarşı olanlara cavab verməklə əsaslandırıb.
 
20 ildir baş örtüyü taxan və hazırda ABŞ-da yaşayan müsəlman qadın Edina Lekovic bildirib ki, hər kəs özünü digərlərinin də yerinə qoymağı bacarmalıdır və qadınların istəyinə göz yummamalıdır: "Ona görə də biz 4 nəfər qadın öz istəyimizi və arzularımızı bu cür ifadə etməyə qərar verdik. Sosial şəbəkə vasitəsilə keçirdiyimiz sorğuda ilkin olaraq qadınların baş örtüyü taxmasına münasibətin necə olduğunu öyrənməyə çalışacağıq".




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396797.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR