Üç nəfər dəm qazından dünyasını dəyişdi

Üç nəfər dəm qazından dünyasını dəyişdi
14:52 11 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda üç nəfər dəm qazından zəhərlənərək ölüb.

Report Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunun Buta qəsəbəsində yaşayan Elnurə Məmmədrzayeva evdə dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, Kürdəmir rayonunda da dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb. Rayon sakini Vasif Mikayıllı evlərində dəm qazından zəhələnərək dünyasını dəyişib.

Analoji hal Bakının Nəsimi rayonunda da baş verib. Arzu Abdullayeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Hər üç faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR