Şahmatçılar Vüqar Həşimovun məzarını ziyarət etdilər - FOTO

Şahmatçılar Vüqar Həşimovun məzarını ziyarət etdilər - FOTO
15:05 11 Yanvar 2016
41 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın şahmatçısı Vüqar Həşimovun vəfatından iki il ötür.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu gün Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, milli komandanı üzvləri, idman ictimaiyyətinin nümayəndələri, eləcə də Vüqar Həşimovun ailəsi mərhum şahmatçının məzarını ziyarət edib, heykəli önünə gül dəstəsi qoyulub.

Anım mərasimində Vüqar Həşimovun karyerası haqda danışılıb. Eyni zamanda qeyd olunub ki, hər ilin aprel ayında Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan nüfuzlu beynəlxalq şahmat turniri keçirilir. 2016-cı ildə də həmin yarışın keçirilməsi üçün lazımi işlər görüləcək.

Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR