"Uzaqda cəhənnəm əzabı çəkirəm" - Könül Nağıyeva

"Uzaqda cəhənnəm əzabı çəkirəm" -  Könül Nağıyeva
17:51 11 Yanvar 2016
152 Şou
Ölkə mətbuatı
A- A+

Hazırda Türkiyədə yaşayan və fəaliyyət göstərən aktrisa Könül Nağıyeva “ATV maqazin onlarla” verilişini evində qonaq edib.

Axşam.az-ın məlumatına görə, aktrisa bakıdan, bəzi dostlarından küsüb getdiyini bildirib:

“Bir çox insandan iyrənmişəm. Onlarla eyni havanı udmaq istəmirəm. Hamını ətrafımdan uzaqlaşdırmışam. İki-üç insan qalıb ki, evimə çağıraram, qulluq edərəm. Axır vaxtlar insanlar o qədər qəlbiqara olublar ki... Hər şeyləri var: ev, maşın... Nə üçün bu qədər insanları tənqid edirsiniz? Özümə qarşı da bu tənqidləri gördüm. Ona görə də dedim ki, nə yaxşı mənə təklif gəldi, İstanbula köçdüm. Özümü lazım olmayan insanlara xərcləmirəm. İnsanlar sənə pislik edəndə fikirləşmirlər ki, qadına qarşı niyə pislik etdim?”.

Könül Nağıyeva həmkarlarının onu pislədiyini də etiraf edib:

“Tərkedilmiş” filminin qalasına gəlib, üzümə baxa-baxa dedi ki, “pis deyildi”. O qədər həmkarım məni pislədi ki... Səbəbi nədir? Yolunuzu keçməmişəm, çörəyinizi almamışam. Niyə siz partdıyırsınız? Oğlumdan ötrü darıxıram. Hərdən o yanıma gəlir. İmkan tapan kimi mən təyyarəyə minib, onu görməyə gedirəm. Oğlumdan uzaqda cəhənnəm əzabı çəkirəm".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44009

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR