Daha bir neftçinin meyiti tapıldı

Daha bir neftçinin meyiti tapıldı
15:22 11 Yanvar 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib

İtkin düşən neftçilərdən daha birinin meyiti tapılıb. SOCAR-dan Lent.az-a verilən məlumata görə, yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib, bu haqda Azərbaycan tərəfinə məlumat verilib. Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və ölkəyə gətirilməsi üçün tədbirlər görülür.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR