"Xəyal Adası"nın kabelini oğurladılar

"Xəyal Adası"nın kabelini oğurladılar
15:22 11 Yanvar 2016
69 Digər
Ölkə mətbuatı
A- A+

Ötən il noyabrın 19-da "Xəyal Adası" MMC-dən yüksək gərginlikli elektrik kabelini oğurlayan şəxslər tutulub. Milli.Az report-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytında məlumat yayıb.

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdikləri müvafiq tədbirlərlə 2015-ci ilin noyabrın 19-da Suraxanı rayonunda yerləşən "Xəyal Adası" MMC-dən dəyəri 11303 manat dəyərində olan 256 metr yüksək gərginlikli elektrik kabelini oğurlayan Bakı şəhər sakini Elçin Mustafazadə və Lənkəran şəhər sakini Samid Hacıyev saxlanılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR