​Azərbaycan "Green Card"ı Rusiya üçün dondurub

​Azərbaycan "Green Card"ı Rusiya üçün dondurub
15:37 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan tərəfi yanvarın 1-dən Rusiya sürücüləri üçün tətbiq edilməli olan “Green Card” sığortasını təxirə salıb. “Report” xəbər verir ki, bu barədə Rusiya Avtomobil Sığortaçıları Birliyi məlumat yayıb. 
Məlumata görə, bu, “Green Card” sisteminin qaydalarına uyğun olaraq Rusiya Avtosığortaçıları və Azərbaycanın İcbari Sığortası Bürosu arasında ikitərəfli sazişin imzalanmaması ilə əlaqədardır.
Buna görə də Rusiyanın "Green Card"ları bu il yanvarın 1-dən Azərbaycan ərazisində qüvvədə olmayacaq və giriş köhnə qaydalar üzrə həyata keçiriləcək. Lakin həmin kartlar “Green Card” sisteminə qoşulmuş digər ölkələrdə qüvvədə olacaq. 
Həmçinin, Azərbaycanın da eyni kartları Rusiya ərazisində etibarsız sayılır.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-green-card-i-rusiya-ucun-dondurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR