Belələri düşüncələrini "təmir" etməlidirlər... - FOTO

Belələri düşüncələrini "təmir" etməlidirlər... - FOTO
15:37 11 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Milli.Az-a bildirib ki, yol təsərrüfatına ziyan təkcə yol nəqliyyat hadisələri zamanı dəymir: "Təəssüflər olsun ki, bəzi vətəndaşlar öz şəxsi mənafelərini hər şeydən üstün tuturlar. Bu zaman yol təsərrüfatına dəyən maddi ziyanı bir kənara qoyaq, bu cür insanlar və bəziləri hər şeyə "mənim deyil" fikri ilə yanaşırlar. Əsas problem məhz "mənim deyil, nə olursa-olsun" fikrindən qaynaqlanır".

"Azəryolservis" rəsmisi qeyd edib ki, məsələn, avtomobil yuma məntəqəsinə və tikinti materialları satılan mağazalara giriş-çıxışı daha da "asanlaşdırmaq" və ya yolu genişləndirmək üçün həmin obyektlərin sahibləri səki daşlarını dağıdıb çıxarırlar:

"Təbii ki, belə hallar aktlaşdırılır, məsələ araşdırılır. Vandallığın kim tərəfindən törədildiyi bilinəndə onlar yol təsərrüfatına dəymiş maddi ziyanın dəyərində cərimə edilirlər. Amma bizim əsas məqsədimiz məsələnin maddi ziyan tərəfini qabartmaq deyil. Bizi daha çox təəssüfləndirən insanların laqeyd yanaşmasıdır. Məsələ ondadır ki, təkcə yol təsərrüfatı deyil, digər sahələrdə də belə yanaşma var ki, "mənim deyilsə, qoy nə olursa-olsun, təkcə mənim malıma heç nə olmasın". Biz istəyirik ki, insanların bu yalnış düşüncə tərzi dəyişsin. Biz yolu, infrastrukturu yenidən qura, təmir edə bilərik. Əsas odur ki, belə insanlar öz düşüncələrini, beyinlərini "təmir" etdirsinlər".

İlkin İzzət
Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR