Daha bir futbolçu "Kəpəz"dən getdi

Daha bir futbolçu "Kəpəz"dən getdi
15:38 11 Yanvar 2016
27 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yevlaxda təlim-məşq toplanışına start verən “Kəpəz” daha bir futbolçu ilə yollarını ayırıb.

Trend klubun saytına istinadən məlumat verir ki, komandanı qarşılıqlı razılıq əsasında ukraynalı legioner Aleksandr Sitnik tərk edib.

Xatırladaq ki, cari mövsümdə 17 oyunda meydanda olan hücumçu rəqib qapısından iki qol keçirib. Sitnik “Qəbələ” və “Sumqayıt” ilə səfər oyunlarında fərqlənib.

Qeyd edək ki, Gəncə təmsilçisi daha öncə Murad Ağakişiyev, Məhərrəm Hüseynov, Ziyabil Məmmədov və Rəşad Eyyubovla yollarını ayırıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR