"Faciənin hər ikisini yaşadım"

"Faciənin hər ikisini yaşadım"
16:37 11 Yanvar 2016
127 Şou
Ölkə mətbuatı
A- A+

Tarzən Humay Qədimova dünyasını dəyişən anasından danışıb.

Axşam.az xəbər verir ki, "10-dan sonra" verilişində qonaq olan ifaçı həm ana, həm ata itkisinin acısını yaşadığını bildirib:

"Valideynlərdən biri dünyasını dəyişəndə, o biri təsəlli olur. Atamı 38, anamı 52 yaşında itirmişəm. Təsəlli yerim yoxdur. Faciənin hər ikisini yaşadım. Çox çətindir. Anam 4 il ağır xəstəlikdən müalicə olundu. Amma dünyanın mübarizə apardığı amansız xəstəlik onu bizdən ayırdı. Hərdən fotosunu paylaşıram ki, bir təsəlli olsun. Amma əksinə olur. Torpağın üzü soyuqdu, amma mənim ürəyim soyumadı".


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=44012

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR