Dövriyyədə olan nağd pulun həcmi ikiqat azalıb - Azərbaycanda

Dövriyyədə olan nağd pulun həcmi ikiqat azalıb - Azərbaycanda
15:49 11 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 47,62% və ya 5 mlrd. 217,6 mln. manat azalaraq 5 mlrd. 738,1 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından (AMB) "APA-Economics"ə verilən məlumata görə, təkcə noyabr ayında dövriyyədə olan nağd pulların həcmi 256,8 mln. manat və ya 4,28% azalıb.

 

Qeyd edək ki, dövriyyədə olan nağd pulların həcminin azalması prosesi 2014-cü ilin avqust ayından başlayıb. Həmin vaxtdan indiyədək yalnız 2015-ci ilin may ayında bu göstərici üzrə artım qeydə alınıb. Ümumiyyətlə, 2014-cü ilin avqustundan 2015-ci ilin noyabr ayına qədər dövriyyədə olan nağd pulların həcmi 5 396,3 mln. manat və ya 1,94 dəfə azalıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228240

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR