Neft bir də nə vaxt bahalaşacaq?

Neft bir də nə vaxt bahalaşacaq?
15:57 11 Yanvar 2016
101 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Enerji Agentliyinin prezidenti proqnoz verib.

Beynəlxalq Enerji Agentliyi (BEA) prezidenti Fatih Birol, İstanbulda keçirilən konfransda neft qiymətlərinin 2016-cı ilin sonlarında, yaxud 2017-ci ilin əvvəllərində yüksəlməyə başlayacağını bildirib.

Oxu.Az Milliyət-ə istinadən xəbər verir ki, o qeyd edib ki, İrana qarşı tətbiq edilən sanksiyaların ləğvi neftin qiymətlərinə 2016-cı ildə aşağı istiqamətdə təzyiq yaradır.

O, həmçinin bildirib ki, qazın qiymətlərində müşahidə edilən aşağı düşmə, neftin qiymətləri ilə paralel gedir.

Neft investisiyalarının ötən il 20% aşağı düşdüyünü qeyd edən Birol 2016-cı ildə də oxşar azalmanın proqnozlaşdırıldığını bildirib.  

"Neft sektoruna investisiyaların azalması ilə paralel qlobal bazarda böyümə sürətlənəndə bazarda təchizat problemi yarana bilər", - deyə BEA prezidenti əlavə edib.

Birol Paris iqlim dəyişikliyi sammitinin enerji bazarlarına birbaşa təsir göstərəcəyini qeyd edib.

Bundan başqa, o bildirib ki, Çinin qlobal enerji bazarlarında istiqamətləndirici rolu artıq sona çatır, bununla da neftin qiymətləri 2016-cı ilin sonu, 2017-ci ilin əvvəllərində yüksəlməyə başlayacaq. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396943.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR