Lənkəranda yol qəzası baş verib, xəsarət alanlar var

Lənkəranda yol qəzası baş verib, xəsarət alanlar var
16:07 11 Yanvar 2016
36 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 yanvar. REPORT.AZ/ Lənkəran şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib. Belə ki, "Mersedes" markalı, 10-SN-675 dövlət qeydiyyat nömrə nişanlı avtomobil "Priora" markalı 42-BE-400 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, qarşı-qarşıya hərəkətdə olan nəqliyyat vasitələrindən "Mersedes" markalı avtomobilin sürücüsü yolu dönmək istəyərkən əks istiqamətdə gələn "Priora" markalı avtomobillə toqquşub. Yüksək sürətlə hərəkətdə olan "Priora" markalı avtomobil yoldan çıxaraq səkiyə çıxıb və beton hasara çırpılıb. Qəza nəticəsində "Mersedes"in sürcüsü Ramiz  İmaməliyev və digər nəqliyyat vasitəsinin sürcüsü ağır bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan hər iki sürcüünün vəziyyətinin ağır olduğu bildirilib. Qəzanın dəqiqi səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra müəyyən ediləcək. 
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/lenkeranda-yol-qezasi-bas-verib-xesaret-alanlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR